“Muğam axşamları” layihəsində növbəti konsert olacaq
13 noyabr 2019 16:53 (UTC +04:00)

“Muğam axşamları” layihəsində növbəti konsert olacaq

Beynəlxalq Muğam Mərkəzi fəaliyyətinin əsas istiqaməti kimi çoxsaylı layihələr həyata keçirir. Elmi-tədqiqat, milli musiqi irsimizin araşdırılması və təbliği istiqamətində reallaşan layihələrdən biri də “Muğam axşamları”dır .

Lent.az xəbər verir ki, layihənin məqsədi əsrlər boyu davam edən tədrici inkişaf və təkamül prosesi nəticəsində yetkinləşmiş, formalaşmış və kamilləşmiş muğam sənətimizi gələcək nəsillərə təbliğ etməkdir.

Noyabrın 29- da layihə çərçivəsində əməkdar artistlər, Beynəlxalq Muğam Mərkəzinin solistləri Ehtiram Hüseynov, Arzu Əliyeva və Bəyimxanım Nəbiyevanın ifasında “Zabul Segah” muğamı təqdim ediləcək.

İfaçıları tarzən Rövşən Qurbanovun rəhbərliyi ilə “Buta” instrumental ansamblı müşayiət edəcək.

Layihənin konsertlərinə biletləri şəhərimizin kassalarında, “ASAN xidmət” mərkəzlərində və iticket.az saytından əldə etmək olar

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3188

Oxşar yazılar

Röya xəbər səhifələrinə hücum edir

Röya xəbər səhifələrinə hücum edir

21 avqust 2025 , 15:06
Gözlənilməz sonluqla bitən 8 detektiv film

Gözlənilməz sonluqla bitən 8 detektiv film

21 avqust 2025 , 13:34
Tarantino  ən yaxşı flmlərini sıraladı

Tarantino ən yaxşı flmlərini sıraladı

21 avqust 2025 , 10:38
Rəşad Məcidin  60 illiyinə həsr olunmuş “Qala adam” kitabı çapdan çıxdı

Rəşad Məcidin 60 illiyinə həsr olunmuş “Qala adam” kitabı çapdan çıxdı

21 avqust 2025 , 10:00
Şair Məmməd İsmayıl dəfn edildi  - YENİLƏNİB

Şair Məmməd İsmayıl dəfn edildi - YENİLƏNİB

20 avqust 2025 , 15:05
Xalq artisti qızını polisə verdi

Xalq artisti qızını polisə verdi

20 avqust 2025 , 12:25
Kefinizi açacaq 6 komediya serialı

Kefinizi açacaq 6 komediya serialı

19 avqust 2025 , 13:57
"Avroviziya"nın  loqosu yeniləndi

"Avroviziya"nın loqosu yeniləndi

19 avqust 2025 , 09:37